Dek
2019
00:51
111
23
4534
Virtual karabakh

“Tottenhem”dən darmadağın, Mançester derbisini “qırmızı şeytanlar” qazandı

İngiltərə Premyer Liqasında XVI tura start verilib. 

Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə beş görüş keçirilib. 

Günün mərkəzi qarşılaşmasında Mançester klubları üz-üzə gəlib. Derbidə “Mançester Yunayted” son çempion “Mançester Siti”ni məğlubiyyətə uğradıb. 

Lider “Liverpul” “Bornmut” üzərində böyükhesablı qələbə qazanıb. “Çelsi” isə baş məşqçisini  istefaya yollamış “Everton”a uduzub. 

“Tottenhem” öz meydanında “Bernli”ni darmadağın edib. “Kristal Pelas”la “Uotford”un matçında qol vurulmayıb. 

Qeyd edək ki, turun digər oyunları dekabrın 8-9-da keçiriləcək. 

İngiltərə Premyer Liqası 

XVI tur 

7 dekabr 

“Uotford” – “Kristal Pelas” – 0:0 

“Tottenhem” – “Bernli” – 5:0 
Keyn, 5, 54, Moura, 9, Son, 32, Sissiko, 74 

“Bornmut” – “Liverpul” – 0:3 
Oksleyd-Çemberlen, 35, Keyta, 44, Salah, 54 

“Everton” – “Çelsi” – 3:1 
Riçarilson, 5, Levin, 49, 84 – Kovaçiç, 52 

“Mançester Siti” – “Mançester Yunayted” – 1:2 
Otamendi, 85 - Reşford, 23 (pen.), Marsial, 29 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri