17 
Dek
2019
09:00
90
26
8042
Virtual karabakh

Azərbaycanda klub prezidenti və məşqçi həbs olundu

17 Dek, 2019
09:00
8042

Azərbaycanda klub prezidenti və məşqçi həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keşlə”in fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sportinfo xəbər verir ki, Tərlan Əhmədovun köməkçisi komandanın dünənki məşqindən dərhal sonra bölməyə aparılıb.

Məşqçinin danışılmış oyunlarla bağlı aparılan araşdırma çərçivəsində saxlanıldığı ehtimal olunur.

Saytın əldə etdiyi digər məlumata görə, “Binə” klubunun prezidenti Teymur Həsənli də saxlanılıb. Onun da adı oyunların nəticəsinin manipulyasında hallanır. Güman olunur ki, Həsənlinin məsələsi “Binə”nin birinci divizionda çıxış etdiyi 2017-2018 mövsümü ilə bağlıdır.

Məlumat üçün deyək ki, həmin mövsümündə komanda aşağı dəstədə 7-ci yeri tutmuşdu. Komandaya o ərəfədə hazırda “Keşlə”də Tərlan Əhmədovun köməkçisi olan Mehman Babayev başçılıq edirdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri