13 
Yan
2020
19:20
14
93
2640
Virtual karabakh

“Qəbələ”nin sabiq baş məşqçisi “Astana”dan ayrıldı

13 Yan, 2020
19:20
2640

“Qəbələ”nin sabiq baş məşqçisi “Astana”dan ayrıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın “Astana” futbol klubu ukraynalı mütəxəssis Roman Qriqorçukla imzaladıqları müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qazaxıstanın altıqat ölkə çempionu ilə yollarını ayıran mütəxəssis klubun rəsmi saytı -  fcastana.kz-a müsahibə verib.

O, qeyd edib ki, futbol həyatında yalnız irəli baxmaq lazımdır:

“Mən bütün klub rəhbərliyinə, məşqçilər heyətinə, futbolçulara, “Astana” ilə birgə keçirdiyimiz zaman kəsiyində bizlərlə olan hər kəsə təşəkkür etmək istəyirəm. Eyni zamanda, ev oyunlarında stadionda gözəl ab-hava yaradan azarkeşlərimizə minnətdaram. Əlbəttə, mən “Astana”nı izləməkdə davam edəcəyəm və əminəm ki, klub öz qarşısına ancaq ən yüksək nəticələr əldə etmək məqsədi qoyacaq.

Qeyd edək ki, 2015-2018-ci illərdə “Qəbələ”nin  baş məşqçisi olan Roman Qriqorçuk ardıcıl iki mövsüm (2015/2016, 2016/2017) klubu Avropa Liqasının qrup mərhələsinə çıxarıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri