14 
Yan
2020
14:47
7
160
3204
Virtual karabakh

Azərbaycanlı futbolçunun çıxış etdiyi komandada daha bir erməni

14 Yan, 2020
14:47
3204

Azərbaycanlı futbolçunun çıxış etdiyi komandada daha bir erməni

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu daha bir ermənini heyətinə qatıb.

Oxu.Az Kostanay klubunun rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan millisinin yarımmüdafiəçisi Petros Avetisyan komandaya cəlb olunub.

24 yaşlı futbolçu əvvəllər Ermənistanda “Banants”, “Pyunik” və “Ararat-Armeniya” komandalarında çıxış edib. Qazaxıstan onun legioner kimi çıxış edəcəyi ilk ölkə olacaq.

Qeyd edək ki, “Tobol” daha əvvəl baş məşqçi Qriqori Babayanla müqavilə bağlayıb. Bu səbəbdən millimizin qapıçısı Balayevin ötən ilin yanvarından çıxış etdiyi klubdan ayrılacağı gözlənilir.

Hazırda “Tobol” Türkiyədə təlim-məşq toplanışında olsa da, Emil Balayev qardaş ölkədə reabilitasiya keçməklə məşğuldur. Halbuki onun heç bir zədəsi mövcud deyil.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri