14 
Yan
2020
16:48
89
29
4260
Virtual karabakh

“Arsenal”ın və “Lester”in yetirməsi Azərbaycan klubuna keçdi - FOTO

14 Yan, 2020
16:48
4260

“Arsenal”ın və “Lester”in yetirməsi Azərbaycan klubuna keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb. 

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ali Seseylə müqavilə bağlayıb. İngiltərə doğumlu, milliyyətcə syerra leoneli olan 25 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1,5 ildir.

Qeyd edək ki, Ali Sesey London “Arsenal”ının və “Lester”in yetirməsi olub. O, peşəkar futbolçu kimi “Lester”lə 2013-cü ilin martın 15-də peşəkar müqavilə bağlasa da, Premyer Liqada debüt edə bilməyib və icarəyə göndərilib.

O, İngiltərədə “Kolçester Yunayted”, “Kembric Yunayted”də icarə əsasında oynayıb, həmçinin həmin ölkənin “Barnet”, İsveçin “Frey”, Yunanıstanın “Xania” və Bolqarıstanın “Arda” klublarında çıxış edib. Futbolçu, həmçinin Syerra Leone yığmasında beş matça çıxıb.

Xatırladaq ki, “Zirə” qış transfer pəncərəsi dönəmində haitili futbolçusu Soni Nordla qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib. Həmçinin “Səbail”dən Ağabala Ramazanovu, “Qəbələ”dən gürcüstanlı David Volkovu heyətinə qatıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri