15 
Yan
2020
20:20
110
221
4659
Virtual karabakh

“Neftçi” Polşanın sonuncu yerdə gedən komandasına böyük hesabla məğlub oldu - FOTO

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

Oxu.Az xəbər verir ki, komandamız “Əmirhan Sports Complex Side”ın stadionunda Polşa çempionatında sonuncu yerdə olan LKS klubuna 0:4 hesabı ilə darmadağın olub.

“Neftçi”nin bu oyunda heyəti belə olub: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 11. Vanqelis Platellas, 15. Saman Nərimancahan, 26. Ömər Buludov, 27. Nabi Silla, 36. Mamadu Kane, 77. Donald Qerye

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə, 40. Vüqar Həsənov, 55. İbrahim Əliyev, 56. Elton Əlibəyli, 74. Nazim Bağırov, 75. Nihad Qurbanlı, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar.

Qeyd edək ki, qardaş ölkədə daha iki sınaq matçı keçirməyi planlaşdıran komandamız yanvarın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubları ilə üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri