19 
Yan
2020
09:31
257
230
22585
Virtual karabakh

Makqreqor Sirounini 40 saniyəyə məğlub etdi - YENİLƏNİB + FOTO/VİDEO

19 Yan, 2020
09:31
22585

Makqreqor Sirounini 40 saniyəyə məğlub etdi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyalı döyüşçü Konor Makqreqor və ikiqat UFC çempionu, amerikalı “Kovboy” ləqəbli Donald Sirouni arasında gözlənilən döyüş 40 saniyəyə yekunlaşıb.

Oxu.Az xəbər verir ki, Konor Makqreqorun inamlı və ardıcıl zərbələrindən sonra hakim döyüşü dayandırıb. 

07:48

İrlandiyalı boksçu Konor Makqreqor və amerikalı Donald Sirouni döyüşü başlayır.

Titul döyüşü olmayan UFC-246 Paradays şəhərində keçirilir.

Konor Makqreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 25 döyüş keçirib, onun 21-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Sirouni – qaydasız döyüşün əsl veteranıdır. Son illər beş döyüşdə iştirak edən Donald oyunun üçündən qalib ayrılıb, ikisində isə uduzub. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri