Fev
2020
11:44
173
43
8329
Virtual karabakh

Azərbaycanın iki idmançısına Türkiyənin məşhur şou verilişindən təklif gəlib

8 Fev, 2020
11:44
8329

Azərbaycanın iki idmançısına Türkiyənin məşhur şou verilişindən təklif gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iki idmançısına Türkiyənin məşhur “Survivor” realiti-şousundan təklif gəlib.

Oxu.Az-ın məlumatına görə, onlar kikboksçular – Eduard Məmmədov və Pərviz Abdullayevdir.

Lakin “Ağ Canavar” ləqəbli Eduard Məmmədov təklifdən imtina etdiyini bildirib:

“İşimlə əlaqədar şouda iştirak edə bilməyəcəyimi bildirdim”.

“Kobra” ləqəbli Pərviz Abdullayev isə hazırda İstanbuldadır. O, şouda iştirakla bağlı danışmağa təşkilatçılar tərəfindən icazə verilmədiyini bildirib.

Əldə etdiyimiz məlumata görə, artıq sabah Pərviz iştirakçılarla birgə yarışın keçiriləcəyi Dominikana yola düşəcək.

Qeyd edək ki, “Survivor”da “Məşhurlar” və “Könüllülər” komandası yarışacaq. “Survivor” cari mövsümdə fevralın 16-da Türkiyənin TV8 telekanalında efirə çıxacaq. Yarışda Ersin Korkut, Uğur Pektaş, Tayqun Ərdoğan, Yasin Obuz, Cemal Can, həmçinin “Qalatasaray”ın sabiq futbolçusu Sərcan Yıldırımın iştirak edəcəyi bəlli olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri