Fev
2020
13:31
67
24
2447
Virtual karabakh

Kişi millimizin seçmə mərhələdə rəqibləri bilindi

8 Fev, 2020
13:31
2447

Kişi millimizin seçmə mərhələdə rəqibləri bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi və qadın voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsinin qrupları müəyyənləşib. 

Oxu.Az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən, Azərbaycan millisinin də rəqibləri bəlli olub. 

Kişilərdən ibarət yığmamız F qrupunda yer alıb. Püşk təmsilçimizə Yunanıstan, Monteneqro və Gürcüstanı rəqib edib. Yarışda 26 komanda yeddi qrupa bölünüb. Qrupun ən güclüləri və beş ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. 

Seçmə mərhələnin görüşləri avqust-sentyabr aylarında olacaq. Avropa çempionatının final mərhələsi isə dörd ölkədə – Polşa, Çexiya, Estoniya və Finlandiyada keçiriləcək.

Qadınlardan ibarət yığmamız isə AVRO-2021-ə birbaşa final mərhələsindən başlayacaq. Komandalar Avropa çempionatının qalibini Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyada müəyyənləşdirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri