11 
Fev
2020
12:59
22
141
5900
Virtual karabakh

Pelenin oğlu atasının səhhətindən danışdı: "O, futbolun kralı idi, indi isə..."

11 Fev, 2020
12:59
5900

Pelenin oğlu atasının səhhətindən danışdı: "O, futbolun kralı idi, indi isə..."

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ombasından əməliyyat olunduğu üçün çox həssasdır. Yalnız tibbi yerimə stulunun köməyi ilə hərəkət edir. Bu isə onu depressiyaya salır”.

“Haber Global”ın məlumatına görə, bu sözləri braziliyalı futbol əfsanəsi Pelenin “Edinyo” ləqəbli oğlu Edson Çolbi do Nasimento atasının səhhəti barədə danışarkən deyib.

“O, futbolun kralı idi. İndi isə kömək olmadan yeriyə bilmir. Utanır, görünmək istəmir”.

Xatırladaq ki, futbol əfsanəsi böyrəklərində və prostat vəzindəki problemlərlə bağlı son illərdə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Futbol tarixinin ən yaxşısı kimi qəbul edilən Pele dünya kubokunu üç dəfə qazanan yeganə futbolçudur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri