16 
Fev
2020
00:42
268
16
4521
Virtual karabakh

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

16 Fev, 2020
00:42
4521

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun paytaxtı Minskdə Avropa Triatlon İttifaqının sayca 15-ci Konfransına həsr olunmuş qala gecədə ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib Azərbaycan təmsilçisi Rostislav Pevtsov olub.  

Oxu.Az xəbər verir ki, 2016-cı ildə Avropa kubokunun qalibi, iki dəfə Dünya Kubokunda nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi Rostislav Pevtsov bu mübarizədə Sem Dikons və Ben Diykstarı geridə qoymağı bacarıb. 

Azərbaycan dövlətinə, Triatlon Federasiyasına dərin təşəkkürünü bildirən Pevtsov Tokio Olimpiya Oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün böyük stimul olacağını bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri