18 
Fev
2020
11:19
69
17
3198
Virtual karabakh

UEFA Çempionlar Liqası iki möhtəşəm matçla start götürür - PREVYU

UEFA Çempionlar Liqasında iki aylıq fasilə başa çatır.

Oxu.Az xəbər verir ki, bu gün pley-off mərhələsinə start veriləcək.

1/8 final mərhələsinin ilk oyun günündə iki qarşılaşma oynanılacaq. 

Çempionlar Liqasının son qalibi “Liverpul” Madriddə çətin sınaq qarşısına çıxacaq. İngiltərə Premyer Liqasının lideri tam heyətlə yollandıqları İspaniyadan sərfəli nəticə ilə dönməyə çalışacaq. O qədər də yaxşı mövsüm keçirməyən “Atletiko” isə heyətdəki itkilərə baxmayaraq, avrokubok təcrübəsi və əzmkarlığı ilə azarkeşlərini sevindirmək istəyir.

Günün digər cütlüyündə də qonaq komanda favorit sayılır. Çempionlar Liqasının favoritləri sırasında göstərilən PSJ Dortmundda meydana çıxacaq. Paris təmsilçisi “Borussiya” önündə uğurlu nəticəyə ümid edir. Son vaxtlar yaxşı forma yığan Almaniya komandası isə güclü rəqibini təəccübləndirmək və cavab matçı üçün sərfəli qalibiyyət əldə etmək niyyətindədir.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

18 fevral

00:00 “Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. “Vanda Metropolitano” stadionu

00:00 “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Dortmund. “Siqnal İduna Park”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri