21 
Fev
2020
22:59
276
27
5664
Virtual karabakh

Daha bir azərbaycanlı döyüşçü “Rizin”də rinqə çıxır - FOTO

21 Fev, 2020
22:59
5664

Daha bir azərbaycanlı döyüşçü “Rizin”də rinqə çıxır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rayzin Döyüş Federasiyasının (Rizin FF) keçirdiyi MMA yarışının qalibi olan Tofiq Musayevdən sonra daha bir idmançımız bu turnirdə qüvvəsini sınayacaq.

Oxu.Az xəbər verir ki, Vüqar Kərəmov da artıq Rizin FF-lə müqavilə bağlayıb.

Belə ki, o, sabah Yaponiyanın Hamamatsu şəhərində “Rizin 21” döyüşündə debüt edəcək. Noyabrda “Bellator”da debüt edən və ordan qalib ayrılan Vüqarın bu turnirdəki rəqibi Kayl Aquondur. 66 kq çəki dərəcəsində baş tutacaq döyüş öncəsi Vüqar 17 görüş keçirib. O, bunlardan 14-də qalib gəlib. Kərəmov ardıcıl 10 görüşdür ki, məğlub olmur.

Onun rəqibi də təcrübəli döyüşçüdür. Belə ki, 30 yaşlı Aquon indiyədək 19 döyüş keçirib. O bunlardan 12-də qalib gəlib, yeddi dəfə isə uduzub.

Qeyd edək ki,“Rizin 21” turnirində beş kikboksinq döyüşü və bir ciu citsuya aid nümayiş görüşü baş tutacaq. Digər yeddi görüş isə MMA-ya aid olacaq. Vüqar Kərəmovla Kayl Aquonun rinqdəki görüşü MMA üzrə ilk döyüş olacaq. Görüşlər Bakı vaxtı ilə təxminən saat 11:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri