27 
Fev
2020
18:33
200
31
12589
Virtual karabakh

Qapıçının vurduğu son dəqiqə qolu komandasına həyat verdi - VİDEO

27 Fev, 2020
18:33
12589

Qapıçının vurduğu son dəqiqə qolu komandasına həyat verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

CONCACAF Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Meksikanın “Tiqres” klubunun 34 yaşlı qapıçısı Nahuel Quzman əlavə vaxtda vurduğu qolla komandasını növbəti mərhələyə çıxarıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Tiqres” cavab qarşılaşmasında öz meydanında Salvadorun “Alyansa” kollektivini qəbul edib. Səfərdə baş tutmuş qarşılaşmada rəqibinə 1:2 hesabı ilə məğlub olan meksikalılar cavab görüşündə 9 və 17-ci dəqiqələrdə vurduğu qollarla önə keçib. Qarşılaşmanın 23-cü dəqiqəsində isə ev sahibi fərqi üç topa çatdırıb.

Bundan sonra təşəbbüsə yiyələnən qonaqlar 33 və 42-ci dəqiqələrdə fərqlənməklə hesabı 3:2 edib.

Meksika komandası bu nəticə ilə çempionatdan kənarlaşacağı üçün mübarizənin qalan dəqiqələri gərgin xarakter alıb.

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqədə ev sahibləri qapıçı Quzmanın baş zərbəsindən vurduğu qolla əlverişli hesaba nail olublar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri