27 
Fev
2020
14:03
105
11
1607
Virtual karabakh

İki üzgüçümüz Paralimpiya Oyunlarına vəsiqə qazandı - FOTO

27 Fev, 2020
14:03
1607

İki üzgüçümüz Paralimpiya Oyunlarına vəsiqə qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha iki idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyinə riayət edərək, Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə komandasına daha iki lisenziya ayırıb.

Lisenziyaları qadın üzgüçümüz - dünya reytinqində ilk onluqda olan Dana Şandıbina və ötən il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə edib.

Bununla da, Paralimpiya Oyunlarında Azərbaycan iştirakçılarının sayı doqquza çatıb. Daha əvvəl vəsiqə qazanmış yeddi idmançımız bunlardır: Kamran Zeynalov, Yelena Taranova (hər ikisi atıcılıq), Elşən Hüseynov (pauerliftinq), Roman Saley (üzgüçülük), Kamil Əliyev (atletika: uzunluğa tullanma), Samir Nəbiyev (atletika: nüvə itələmə), Oloxan Musayev (atletika: lövhə atma).

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri