16 
Mar
2020
17:47
93
40
3381
Virtual karabakh

Beynəlxalq Gimnastika Federasiyası Bakıdakı Dünya Kuboku ilə bağlı qərar verdi

16 Mar, 2020
17:47
3381

Beynəlxalq Gimnastika Federasiyası Bakıdakı Dünya Kuboku ilə bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Gimnastika Federasiyası COVID-19 pandemiyası ilə bağlı 12 yarış barədə qərar verib.

Oxu.Az xəbər verir ki, Almaniya (20-22 mart), Portuqaliya (27-29 mart), İtaliya (4-5 aprel) və Belçikadakı (10-12 aprel) idman gimnastikası, aerobika və akrobatika yarışları ləğv olunub.

Təxirə salınan səkkiz yarış içərisində 24-26 aprel tarixlərində Bakıda keçirilməsi planlaşdırılmış bədii gimnastika üzrə Dünya Kuboku da var. Qətər və İtaliyada təxirə salınan yarışların müddəti müəyyən edilsə də, Yaponiya, Bolqarıstan, Özbəkistan və Azərbaycandakı yarışların yeni müddəti daha sonra müəyyənləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl Bakıda keçiriləcək iki yarış ləğv olunmuşdu. Belə ki, idman gimnastikası üzrə Dünya Kubokunun 14 və 15 martda keçirilməsi nəzərdə tutulmuş final mərhələləri ləğv edilmişdi. Həmçinin 17-19 apreldə keçiriləcək bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci Açıq turnir eyni aqibətlə üzləşmişdi.  

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri