19 
Mar
2020
16:56
23
145
5513
Virtual karabakh

Azərbaycanda oynamış futbolçular tualet kağızı “challenge”inə qoşuldu - VİDEO

19 Mar, 2020
16:56
5513

Azərbaycanda oynamış futbolçular tualet kağızı “challenge”inə qoşuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada koronavirus pandemiyası insanların təlaşlı şəkildə marketlərə “hücum çəkməsi”nə səbəb olub.

Ən çox alınan mallardan biri isə tualet kağızıdır. Məhz bu üzdən dünyada məşqsiz qalan, evlərində oturan məşhur futbolçular tualet kağızı rulonunu çiləməklə məharətlərini göstərməyə çalışırlar.

Oxu.Az xəbər verir ki, Azərbaycanda oynamış (və ya oynayan) əcnəbi futbolçular da bu “challenge”ə qoşulub.

Bu baxımdan braziliyalı futbolçular çox aktivdir. “Neftçi”nin futbolçusu Dario Frederiko da Silva, millimizin oyunçusu Riçard Almeyda, yığmamızın sabiq ukraynalı qapıçısı Andrey Popoviç, “Qarabağ”ın keçmiş braziliyalı futbolçuları Pedro Enrike və Reynaldo dos Santos bu baxımdan seçiliblər. Həmçinin bu “challenge”də “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev iştirak edib.

Dünyada isə “Barselona”nın futbolçusu Serxio Buskets, “Atletiko”nun portuqaliyalı oyunçusu Juau Feliş, Madrid “Real”ından İsko, braziliyalı Marselo və s. məşhur futbolçular oxşar hərəkətləri yerinə yetirib.

Səbuhi Musayev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri