23 
Mar
2020
15:20
892
38
5689
Virtual karabakh

Bakıdakı “Formula-1” təxirə salındı - RƏSMİ + YENİLƏNİB

23 Mar, 2020
15:20
5689

Bakıdakı “Formula-1” təxirə salındı - RƏSMİ + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə Azərbaycan Qran-Prisi təxirə salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Formula-1”in “Facebook” səhifəsində məlumat yerləşdirilib. 

Bildirilib ki, iyun ayında baş tutmalı olan Azərbaycan Qran-Prisi təşkilatçı ölkənin istəyilə təxirə salınıb. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdır.

12:44

“Formula-1” üzrə Azərbaycan Qran-Prisi təxirə salına bilər.

Oxu.Az motorsport.com-a istinadən xəbər verir ki, 5-7 iyun tarixlərində baş tutacaq Azərbaycan Qran-Prisinin təxirə salınacağı və bu gün bu barədə qərarın açıqlanacağı gözlənilir.

Belə olduqda mövsüm iyunun 14-də Monreal şəhərindəki Kanada Qran-Prisi ilə start götürəcək. Lakin hələ bu da dəqiq deyil. Çünki hazırkı duruma əsasən, Kanada bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi üçün 10-15 min bilet artıq satılıb. Bu isə biletlərin yarıdan çoxunun satılması deməkdir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri