25 
Mar
2020
14:21
65
47
1066
Virtual karabakh

Çingiz Hüseynzadə: “Olimpiya Oyunlarının təxirə salınması idmançılarımızı ruhdan salmamalıdır"

25 Mar, 2020
14:21
1066

Çingiz Hüseynzadə: “Olimpiya Oyunlarının təxirə salınması idmançılarımızı ruhdan salmamalıdır"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması milli komandamızı ruhdan salmamalıdır”.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə çalışdığı qurumun mətbuat xidmətinə bildirib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dünən koronavirus pandemiyası səbəbindən Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi barədə qərar qəbul etdi.

BOK-un bu qərarını şərh edən Ç.Hüseynzadə bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi milli komandamızı ruhdan salmamalıdır:

“Təbii ki, vacib olan atletlərimizin sağlamlığıdır. İdmançılarımızın oyunlarda iştirak əzminin yüksək olduğu bir şəraitdə BOK-un bu qərarı verməsi onların ruh yüksəkliyinə və hazırlıqları daha böyük inamla davam etdirmələrinə mane olmayacaq.

İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcək”.

Ç.Hüseynzadə qeyd edib ki, MOK Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri dəstəkləyir və öz işini bu fəaliyyətə uyğun davam etdirməyi planlaşdırır.

“Güman edirəm ki, insanlığın koronavirus pandemiyası ilə mübarizəsi qarşıdakı həftələr ərzində öz müsbət nəticələrini verəcək, tezliklə həyat normal axarına dönəcək”, - sözləri ilə MOK vitse-prezidenti Çingiz Hüseynzadə fikrini tamamlayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri