26 
Mar
2020
15:26
164
20
800
Virtual karabakh

Azərbaycanda iki beynəlxalq şahmat turniri təxirə salındı

Azərbaycanda keçirilməli olan iki beynəlxalq şahmat turniri təxirə salınıb.

Oxu.Az-ın xəbərinə görə, mayın əvvəllərində Naxçıvanda keçirilməsi nəzərdə tutulan “Nakhcivan Open” və 20-31 may tarixlərində Şəmkirdə baş tutmalı olan “ShamkirChess” turnirləri koronavirus səbəbindən təxirə salınıb.

Ənənəvi olaraq, dünya çempionu Maqnus Karlsenin və digər məşhur qrossmeysterlərin mübarizə apardığı Vüqar Həşimovun xatirəsinə həsr edilən Şəmkir turnirində beş şahmatçının iştirakı üçün razılıq da alınmışdı. Bunlardan ikisi Rusiya şahmatçıları idi.

Qeyd edək ki, daha əvvəl martın ortalarında başlamalı olan kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı təxirə salınmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri