27 
Mar
2020
15:39
180
238
15990
Virtual karabakh

Məşhur futbolçu İtaliyadan getdi, Braziliyada əyləncəsindən qalmadı - FOTO

27 Mar, 2020
15:39
15990

Məşhur futbolçu İtaliyadan getdi, Braziliyada əyləncəsindən qalmadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” klubunun futbolçusu Douqlas Kosta sevgilisi Nataliya Felikslə birgə Braziliyaya gedib.

Oxu.Az xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu İtaliyadakı karantin müddətində evdə qalmaq istəməyərək, vətəninə qayıtmaq üçün icazə alıb.

Lakin onun iki gün əvvəl evdə oturmayaraq, Braziliyada dincəlməsinə dair şəkil çəkdirməsi klub rəhbərliyini qəzəbləndirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Mô de vida ♥️

A post shared by NATHÁLIA FELIX (@nathaliafelix) on

Qeyd edək ki, daha əvvəl “Yuventus”un futbolçularından Kriştianu Ronaldu Portuqaliyaya, Qonsalo İquayn Argentinaya, Miralem Pyaniç Bosniya və Herseqovinaya və Sami Xedira Almaniyaya qayıdıb. Onlar İtaliyanın Turin şəhərində qalmaq istəməyiblər.

İtaliyanın digər klubu “İnter”dən isə Viktor Mozes Nigeriyaya, Romelu Lukaku Belçikaya, Eşli Yanq İngiltərəyə, Kristian Eriksen Danimarkaya və Dieqo Qodin Uruqvaya qayıdıb. Onlar da Milanda qalmağın lazımsız olduğunu düşünüb.

Ancaq bütün futbolçulara vətəninə qayıtmaq qismət olmayıb. Məsələn, Paraqvayın “Olimpia” klubunun hücumçusu, “Arsenal”, “Mançester Siti” və “Totenhem”in sabiq futbolçusu Emanuel Adebayor vətəni Toqoya gedərkən Benində 84 sərnişinlə birgə 15 günlük karantinə alınıb. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri