Apr
2020
10:05
96
24
1892
Virtual karabakh

Dünya Oyunlarının da vaxtı dəyişdirildi

3 Apr, 2020
10:05
1892

Dünya Oyunlarının da vaxtı dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək XI Dünya Oyunlarının vaxtı dəyişdirilib.

Oxu.Az xəbər verir ki, 2021-ci ilin 15-25 iyul tarixlərində keçirilməsi nəzərdə tutulan Dünya Oyunlarının dəyişdirilməsinə səbəb Tokio Yay Olimpiya Oyunlarıdır.

Belə ki, Tokio Olimpiadası koronavirus səbəbindən 2021-ci ilin 23 iyul – 8 avqust tarixlərinə keçirildiyindən, Beynəlxalq Dünya Oyunları Assosiasiyası və Birminqem Təşkilat Komitəsi Dünya Oyunlarının 2022-ci ildə keçirilməsi barədə razılığa gəlib.

Razılığa əsasən, Dünya Oyunları 2022-ci ilin 7-17 iyul tarixlərində keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri