Apr
2020
14:21
61
199
6457
Virtual karabakh

Azərbaycan çempionu və onun idmançı oğlanları karantinə alındı - FOTO

4 Apr, 2020
14:21
6457

Azərbaycan çempionu və onun idmançı oğlanları karantinə alındı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate üzrə müstəqil Azərbaycanın ilk çempionlarından olan İlyas Xəlilov və ailəsi karantinə alınıb.

Bu barədə Oxu.Az-a İlyas Xəlilovun özü açıqlama verib.

O bildirib ki, Rusiyadan qayıtdıqdan sonra karantinə alınıblar:

“Martın 16-da idman gimnastları olan oğlanlarım – Hüseyn və Əlini məşqsiz qalmaması üçün Novosibirskə təlim-məşq toplanışına aparmışdım. Həmin vaxt orada idman gimnastikası üzrə zallar bağlanmamışdı. Rusiyada olanda eşitdik ki, sərhədlər bağlanıb. Təyyarəmiz martın 27-si birbaşa Novosibirskdən qayıtmalı idi. Ancaq o reys ləğv olunmuşdu.

Ona görə də Moskvaya gəldik. Aprelin 2-də 123 nəfəri gətirən xüsusi təyyarə reysi ilə Azərbaycana qayıtdıq.

Hazırda hoteldə karantin rejiminə alınmışıq. Şükür Allaha, buradakı durumumuzdan narazı deyilik. Dövlətin qoyduğu minimum 14 günlük karantin rejiminə əməl etməliyik”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri