5 
Apr
2020
02:56
102
48
4588
yuxarı
UEFA-nın rəhbəri avrokuboklar üçün son tarixi açıqladı - VİDEO
Futbol üzrə Çempionlar Liqasının finalı avqustun 3-dək başa çatmalıdır.
Bu barədə Avropa Futbol Assosiasiyası İttifaqının prezidenti Aleksander Çeferin (UEFA) ZDF telekanalına açıqlamasında bildirib.
“Turniri eyni formatda davam etdirmək və ya bir oyunluq sistemlə keçirmək olar. Vəziyyət fövqəladədir, lakin Çempionlar Liqası avqustun 3-ə qədər başa çatmalıdır. Biz duruma uyğunlaşmalıyıq. Hazırda Çempionlar Liqası və Avropa Liqasının qalan oyunlarını may, iyun və iyulda necə keçirəcəyimiz üzərində işləyirik”, - deyə Çeferin bildirib.
Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
15 
Yan
2021
17:42
Fars futbolçu: “Azərbaycanda Məşhəd şəhərinin məşhur olduğunu bilmirdim”
87
217
1899
15 
Yan
2021
03:30
İlk dəfə qar görən braziliyalı futbolçu klubun bazasında şortla gəzdi - VİDEO
146
20
3235