May
2020
11:49
76
70
1718
Virtual karabakh

UEFA Azərbaycana 1 milyondan çox avro köçürdü

7 May, 2020
11:49
1718

UEFA Azərbaycana 1 milyondan çox avro köçürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hesabına maliyyə vəsaiti köçürüb.

AFFA-nın saytında yer alan xəbərə görə, UEFA Millətlər Liqasının 2018/19 mövsümündə və Avropa çempionatının seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublara yardım ayırıb. Azərbaycan klublarına 1 137 773 avro məbləğində vəsait ödənilib.

Premyer Liqanın səkkiz klubunun hər biri bundan bəhrələnibsə, büdcəsini ən çox zənginləşdirən komanda “Qarabağ” olub.

“Qarabağ” – 436 696.69 avro
“Neftçi” – 210 117.58 avro
“Səbail” – 172 144.67 avro
“Sabah” – 88 895.90 avro
“Qəbələ” – 80 514.21 avro
“Sumqayıt” – 64 651.56 avro
"Zirə” – 47 870.83 avro
“Keşlə” – 36 881.76 avro

Qeyd edək ki, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri