20 
May
2020
12:25
104
66
1492
Virtual karabakh

Millimizin keçmiş baş məşqçisi: “Mənim üçün ən yaxşı futbolçu Messidir”

20 May, 2020
12:25
1492

Millimizin keçmiş baş məşqçisi: “Mənim üçün ən yaxşı futbolçu Messidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real” və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Robert Prosineçki dünya tarixinin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Bu barədə “BeIn Sports” məlumat yayıb.

Keçmiş futbolçu bütün oyunçular arasında Argentina millisinin hücumçusu və “Barsa”nın kapitanı Lionel Messini fərqləndirib və onun uzun illərdir seçildiyini, tam fərqli futbol oynadığını qeyd edib.

“Mənim üçün ən yaxşı futbolçu Messidir. Bəzi insanlar Maradona, Kriştianu Ronaldu, Ronaldo deyəcəklər. Onlar fərq yaradan əla oyunçulardır. Ancaq birini seçsəm, mənim üçün ən yaxşısı Messidir”, - deyə, R.Prosineçki bildirib.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri