22 
May
2020
23:38
243
33
3877
Virtual karabakh

Millimizin futbolçusundan Almaniyada növbəti qol - VİDEO

22 May, 2020
23:38
3877

Millimizin futbolçusundan Almaniyada növbəti qol - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya 2-ci Bundesliqasında XXVII tura start verilib. 

Oxu.Az xəbər verir ki, millimizin futbolçusu Dmitri Nəzərovun formasını geyindiyi “Ertsqebirqe” növbəti matçına çıxıb. 

“Nürnberq”in qonağı olan Aue təmsilçisi səfərdən 1:1 hesablı bərabərliklə dönüb.  

Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə yığmamızın oyunçusu imza atıb. Bu onun cari mövsüm 10-cu qolu olub. Bununla da Nəzərov karyerası ərzində ən məhsuldar mövsümünü keçirir.

Bununla belə, yarımmüdafiəçimiz hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaça bilib. Dmitri Nəzərov isə bundan üç dəqiqə sonra avstriyalı hücumçu Filip Sulexnerlə əvəzlənib. 

Qeyd edək ki, aktivindəki xallarının sayını 38-ə yüksəldən “Ertsqebirqe” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri