27 
May
2020
02:00
14
79
1553
Virtual karabakh

Premyer Liqa klubunun qapıçısı koronavirusa yoluxdu

İngiltərənin “Bornmut” futbol klubunun qapıçısı Aron Remsdeyl koronavirusa yoluxub.

“Report”un məlumatına görə, bu barədə 22 yaşlı qolkiperin özü “The Sun”a açıqlama verib.

Son iki gündə belə halla necə üzləşdiyini anlamağa çalışmış Remsdeyl bildirib ki, məşqlərə başlamamışdan öncə verdiyi testin nəticəsi mənfi çıxıb. 

Lakin o, sonradan mağazalarda olarkən xəstələnib: “Müəyyən qədər şokdayam. Yeddi gün təcrid olunmalıyam. Bu, mənə evdə işlərimlə məşğul olmaq imkanı yaradacaq. Hazırda özümü yaxşı hiss edirəm, heç bir simptomum yoxdur”.

Bu mövsüm Premyer Liqada 28 oyunda iştirak etmiş gənc qapıçı 44 top buraxıb və 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, mövsümün ilk yarısında “Qarabağ”ın, hazırda isə İtaliya “Milan”ının formasını geyinən qapıçı Asmir Beqoviç müqavilə üzrə “Bornmut”a məxsusdur. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri