27 
May
2020
17:59
112
72
3608
Virtual karabakh

“Spartak”ın Azərbaycan əsilli oyunçusu əsas komandadan qovulub - SƏBƏB

“Spartak” klubu yarımmüdafiəçi Ayaz Quliyevi təlim-məşq toplanışındakı yersiz davranışlarına görə, əsas heyətdən kənarlaşdırıb.

Bu barədə vek.ru xəbər yayıb.

Bundan sonra A.Quliyev üçüncü divizyonda çıxış edən ikinci komandada oynayacaq. Buna səbəb Tarasovkada fiziki hazırlıq məşqçisi tərəfindən aparılmış təlim-məşq toplanışında Azərbaycan əsilli futbolçunun nalayiq davranışı olub.

Qeyd edək ki, A.Quliyevin adı ötən il də qalmaqalda hallanmışdı. Həmin vaxt o, avtomobili ilə qırmızı işıqda keçərək, qəza şəraiti yaradıb. İdmançı hadisə yerində olan ABŞ vətəndaşından davranışına görə üzr istəmək əvəzinə, onu döyüb. Sonradan o, zərərçəkənə 150 000 rubl (3 587 AZN) ödəmişdi. Klub həmin vaxt oyunçunu beş milyon rubl (119 592 AZN)  cərimələyərək, bir neçə günlük dubla yollamışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri