29 
May
2020
00:18
297
84
20162
Virtual karabakh

Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

29 May, 2020
00:18
20162

Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın “Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb.

Bu barədə “Futbol+” qəzeti məlumat yayıb.

Nizami Piriyev 1958-ci il yanvarın 11-də dünyaya gəlib. O 1992-2002-ci illərdə “PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti, Rusiyanın “StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.

Nizami Piriyev ad-soyadını daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ölkəmizə səfər edən zaman tanıdıb. Bleyeri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Bleyerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.

Ölkəmizdə həmçinin “KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.

Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli olaraq, Piriyevlərin sərvəti barədə məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri