30 
May
2020
21:46
162
24
4768
Virtual karabakh

Qumar aludəçisi olan futbolçu özünü ələ verdi, klubdan qovuldu

30 May, 2020
21:46
4768

Qumar aludəçisi olan futbolçu özünü ələ verdi, klubdan qovuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçli müdafiəçi Veqard Forrenin müqaviləsi qumar aludəçiliyinə görə “Molde” klubu tərəfindən birtərəfli qaydada ləğv edilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

32 yaşlı müdafiəçinin qumara aludə olması maraqlı şəkildə ortaya çıxıb.

Belə ki, “Molde” futbolçularının il ərzində müəyyən qaydaları pozduqları halda ödədikləri cəzalar var. Bu cəza ödənişlərinin toplandığı bir bank hesabı mövcuddur. Bu hesabı isə iki ildir komandanın ən təcrübəli üzvü Veqard Forren idarə edir. Hesabdakı pulların bir qismi ilin sonunda xeyriyyə fondlarına köçürülür.

V.Forren idarə etdiyi bu hesabdan son dövrdə qumar borcunu ödəmək üçün külli miqdarda vəsait götürərək qısa müddətli kreditləri üçün istifadə edib. Əvvəllər də bir neçə dəfə bu cür addım atan futbolçu sonuncu dəfə pulu vaxtında yerinə qoya bilmədiyi üçün yaxasını ələ verib.

“Pul qazanmağa başladığım gündən bu yana təxminən 15 ildir ki, qumar aludəçisiyəm. Qəbul etmək çətin olsa da bu, məni və yaxınlarımı məhv edən bir xəstəlikdir. Vəziyyəti sevdiklərimə açıqladım və hər kəsdən üzr istədim”, - deyə futbolçu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri