31 
May
2020
12:55
58
98
1549
Virtual karabakh

Azərbaycanda çimərlik voleybolu üzrə çempionat keçirilə bilər - Plan hazırlanacaq

31 May, 2020
12:55
1549

Azərbaycanda çimərlik voleybolu üzrə çempionat keçirilə bilər - Plan hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti yanında operativ qərargah bugündən Azərbaycanda açıq məkanda idman yarışlarının keçirilməsinə icazə verib.

Oxu.Az xəbər verir ki, bu səbəbdən yaxın günlərdə çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçirilə bilər.

Qapalı məkanda keçirilən klassik voleyboldan fərqli olaraq, həmin yarışlar dəniz kənarında, hər komandadan iki idmançının iştirakı ilə baş tutur. Buna görə də, çimərlik voleybolu üzrə yarış keçirilərkən koronavirusa yoluxma riski çox deyil.

Bəs Azərbaycan Voleybol Federasiyası bu haqda nə düşünür? Federasiyadan verilən məlumata görə, məsələ ilə bağlı toplantı keçiriləcək:

“Həm idmançılar, həm də məşqçilərlə görüş keçirməyi planlaşdırırıq. Həmçinin, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə bu istiqamətdə danışıqlar aparacağıq. Onlarla bu məsələləri razılaşdırdıqdan sonra müəyyən plan hazırlanacaq”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri