İyn
2020
14:30
21
73
1722
Virtual karabakh

“Neftçi”nin yeni müqavilə bağladığı futbolçu: “Heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq”

2 İyn, 2020
14:30
1722

“Neftçi”nin yeni müqavilə bağladığı futbolçu: “Heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Oxu.Az xəbər verir ki, klubun yetirməsi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşma daha bir illiyə artırılıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda bir qol vurub.

O, klubun rəsmi saytına verdiyi müsahibədə yeni anlaşmasından və digər məsələlərdən danışıb:

“Məncə, bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, “Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.

Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə olsa da, məşqlərimi dayandırmırdım.

Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmalarına tezliklə icazə veriləcək.

Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq, çətin olacaq. Amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri