İyn
2020
13:26
47
33
1479
Virtual karabakh

“Qəbələ” ilə “Sabah” arasında daha bir anlaşma - RƏSMİ

4 İyn, 2020
13:26
1479

“Qəbələ” ilə “Sabah” arasında daha bir anlaşma - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ”nin daha iki futbolçusu “Sabah” klubuna transfer olunacaq.

Oxu.Az xəbər verir ki, bunlar 18 yaşlı Samir Məhərrəmli və 19 yaşlı İdris İnqilablıdır.

Yarımmüdafiəçilərin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. “Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020-ci illər mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan Samirlə İdris karyerasını Bakı təmsilçisində davam etdirəcək.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçilər Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvləridir. Hər iki oyunçu UEFA Gənclər Liqasında “Qəbələ”nin formasını geyinib. İ.İnqilablı cari mövsümdə əsas komandada da debüt edib. O, “qırmızı-qaralar”ın heyətində dörd matç keçirib.

Xatırladaq ki, bir müddət öncə Amin Seydiyevin də cari mövsüm başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri