İyn
2020
15:59
11
69
1431
Virtual karabakh

Tibo Kurtua, Canluici Donnarumma və Emerik Laport Bakıdakı virtual Qran-Pridə - FOTO

Pyer Qasli və Serxio Peres iyunun 7-də start götürəcək virtual “Formula-1” Azərbaycan Qran-Prisində iştirak edəcəklər.

F1news.ru xəbər verir ki, adıçəkilən pilotlardan başqa yarışda “Formula-1”in hazırkı iştirakçılarından Şarl Lekler, Antonio Covinatsi, Aleks Albon, Lando Norris, Corc Rassell və Nikolas Latifin də iştirakı gözlənilir.

Yarışda iştirak üçün müraciət edən pilotlar arasında Esteban Qutyerres, Pyetro Fittipaldi, Enso Fittipaldi, Lui Deletraza, Oskar Piastri, Entoni Devidson və motosikletçi Mattias Uoker də var.

Pilotlarla yanaşı, tanınmış futbolçulardan Belçika millisinin qolkiperi Tibo Kurtua, “Milan”nın qapıçısı Canluici Donnarumma, “Mançester Siti” klubunun müdafiəçisi Emerik Laport virtual Qran-Pridə güclərini sınayacaq.

Bakı vaxtı ilə saat 21:00-da start götürəcək virtual yarış “Formula-1”in rəsmi “YouTube”, “Twitch” və “Facebook” kanallarında canlı yayımlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri