İyn
2020
11:52
14
122
3641
Virtual karabakh

Nadir Qasımov: “Koronavirusun mənə kimdən keçdiyini bilmədim”

5 İyn, 2020
11:52
3641

Nadir Qasımov: “Koronavirusun mənə kimdən keçdiyini bilmədim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Mərkəzi Neftçilər Xəstəxanasındayam. Koronavirusa yoluxmağım doğru xəbərdir. Dörd-beş gündür ki, buradayam”.

Bunu Oxu.Az-a Azərbaycanın tanınmış məşqçilərindən olan Nadir Qasımov deyib.

İyunun 27-də yubileyini – 70 yaşını qeyd edəcək N.Qasımov koronavirusa hansı şəraitdə yoluxduğunu bilmədiyini qeyd edib:

“Mən NZS qəsəbəsində yaşayıram. Evimin qabağında 200 metrlik boş zona var. Ayaqlarım keyiməsin deyə, hər gün axşam saat 9-dan sonra çıxıb gəzirdim, 5-6 dövrə vururdum. Gəzəndə də çalışırdım ki, heç kimlə ünsiyyət qurmayım, təmasda olmayım. Başa düşürdüm ki, kiminləsə ünsiyyətə girsəm, koronavirusa yoluxa bilərəm. Amma nə qədər özümü qorusam da, virusun mənə kimdən keçdiyini bilmədim.

Birdən-birə hərarətim yüksəldi, özümü yaxşı hiss etmədim. Təcili yardıma zəng etdim. Gəlib test götürdülər. İki gündən sonra cavab gəldi ki, testin nəticəsi pozitiv çıxıb, koronavirusa yoluxmuşam. Xəstəxanaya gətirildim.

Həyat yoldaşımla birgə qalıram. O da test verdi. Onun testi neqativ çıxdı. Yalnız məndə pozitiv oldu”.

O, hazırkı durumunu da izah edib:

“Hərarətim 37 dərəcədən aşağı düşəndə normal oluram. Amma 37-dən yuxarı qalxanda təngnəfəslik yaranır.

Hazırda məni həkimlər, tibb bacıları nəzarətdə saxlayır, qayğıma qalırlar. Heç kimi yaxınıma buraxmırlar. AFFA-dan Ağasəlim Mircavadov zəng vurub hal-əhvalımla maraqlanıb. 7-8 gündən sonra məndən təkrar test götürüləcək”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri