İyn
2020
17:21
112
30
930
Virtual karabakh

Futbolçular trenajor alətlərindən açıq havada istifadə edə biləcək

Azərbaycan Premyer Liqa klublarının məşqləri ilə bağlı yeni göstərişlər qüvvəyə minib.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın açıq havada idman yarışlarının təşkilinə icazə verdikdən sonra məşqlərə başlamış klublar AFFA tərəfindən göndərilmiş sanitar-gigiyena təlimatına riayət etməlidirlər.

Məşqlərdə riayət olunmalı ümumi müddəalar aşağıdakılardır:

1. Komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər.

2. Məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır.

3. Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır.

4. Əgər futbolçuların bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.  

5. Qapalı zalların istifadəsinə icazə verilmir.

6. Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası həyata keçirilməlidir.

7. Futbolçular ancaq özlərinə məxsus su qablarından istifadə etməlidirlər.

8. Oyunçular məşq zamanı eyni fərqləndirici geyimdən istifadə etməlidirlər.

Həmçinin, yoxlama görüşləri ilə bağlı da qaydalar qüvvəyə minib:

1.Klublar hazırlıq dövründə keçirəcəyi yoxlama oyunları ilə bağlı Peşəkar Futbol Liqasına öncədən məlumat verməlidir.

2. Yuxarıda qeyd olunan bütün qaydalar yoldaşlıq oyunları üçün də keçərlidir. Klublar, hakimlər və oyunun təşkilinə cavabdeh olan digər şəxslər Əsasnamənin müxtəlif bəndlərində qeyd olunan bütün qaydalara riayət etməlidirlər. Bütün bu məqamlar üçün komandalar məsuliyyət daşıyır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri