26 
İyn
2020
13:39
171
100
8647
Virtual karabakh

“Barselona”nın sabiq oyunçusu Azərbaycanda çıxış edəcək - FOTO

26 İyn, 2020
13:39
8647

“Barselona”nın sabiq oyunçusu Azərbaycanda çıxış edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərreyl” voleybol klubu növbəti transferini həyata keçirib.

Oxu.Az xəbər verir ki, ispaniyalı oyunçu Ana Nyusamla müqavilə bağlanılıb.

22 yaşlı idmançı ilə imzalanmış müqavilənin müddəti bir ildir. 

2013-2015-ci illərdə iki mövsüm İspaniyanın məşhur “Barselona” klubunda çıxış etmiş Ana İtaliyada “Neruda” (2015/2016 mövsümü) və ABŞ-da “San Dieqo Yuniversiti”də (2016-2020-ci illər) forma geyinib. ABŞ-da olarkən ailə həyatı qurub.

Qeyd edək ki, “Azərreyl” daha əvvəl slovakiyalı Romana Hudetsova, amerikalı Kazmier Braun, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə bir illik anlaşma əldə edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri