26 
İyn
2020
19:00
159
1288
49487
Virtual karabakh

İki dəfə Azərbaycan ikincisi olmuş idmançı öz həmcinsi ilə evləndi - FOTO

26 İyn, 2020
19:00
49487

İki dəfə Azərbaycan ikincisi olmuş idmançı öz həmcinsi ilə evləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaxtı ilə Azərbaycanda iki klubda çıxış etmiş almaniyalı qadın voleybolçu Liza Tomsen öz həmcinsi ilə evlənib.

Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Voleybol Federasiyasının “Facebook” səhifəsi məlumat yayıb. Tomsen öz rəfiqəsi ilə ailə həyatı qurub.

Qeyd edək ki, ötən il karyerasını başa vurmuş 34 yaşlı Liza Tomsen yalnız Azərbaycanda legioner karyerası yaşayıb. İki dəfə Almaniya millisi ilə Avropa ikincisi olmuş, üç dəfə ölkəsinin qızıl medallarını qazanmış libero 2013/14 mövsümündə “Azəryol” klubunda, bir mövsüm sonra isə Bakı “Lokomotiv”ində çıxış edib. O hər iki halda Azərbaycan çempionatının gümüş medallarını qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri