İyl
2020
15:48
19
281
2630
Virtual karabakh

Azad Rəhimov: “Bu, sizin diqqətdən uzaq olmanız demək deyil”

1 İyl, 2020
15:48
2630

Azad Rəhimov: “Bu, sizin diqqətdən uzaq olmanız demək deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç nə sizinlə ünsiyyətə mane ola bilməz”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov bu gün İsmayıllı, Cəbrayıl, Ağdam, Qəbələ, Şəmkir, Mingəçevir, Bərdə, Quba, Şamaxı, Lənkəran, Ağcabədi, Siyəzən, Masallı, Gəncə, Göyçay, Lerik, Şəki və Sabirabad rayon və şəhərlərindən olan yeniyetmə və gənclərlə onlayn görüşündə deyib.

Görüşün əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, idmanla məşğul olan uğurlu gənclərin dövlət tərəfindən daim diqqət mərkəzində olduqlarını göstərməklə bərabər, onlarda idmana, təhsilə marağı daha da artırmaq, karantin dönəmində evdə qaldıqları müddətdə idmandan uzaq düşməmələrinə dəstək olmaqdır.

Yeniyetmələrlə görüşündə Azad Rəhimov bildirib:

“Heç bir şərait sizinlə ünsiyyətə mane ola bilməz. Bu gün müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını zirvələrə ucaldan müxtəlif idman növləri üzrə milli yığma komandaların üzvləri üçün qapalı şəraitdə məşqlərini davam etdirmələri məqsədi ilə hər bir şərait yaradılıb.

Amma əfsuslar olsun ki, yeniyetmələr, gənclər bu gün zallara, idman qurğularına gedib, məşq edə bilmirlər. Bu, sizin diqqətdən uzaq olmanız demək deyil.

Bu gün mən sizi dinləmək, asudə vaxtınızı necə keçirdiyinizi, idmanla necə məşğul olduğunuzu bilmək istəyirəm”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri