İyl
2020
10:42
24
80
2966
Virtual karabakh

Benzema intim video qalmaqalına görə yenidən məhkəmə qarşısında

3 İyl, 2020
10:42
2966

Benzema intim video qalmaqalına görə yenidən məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real” (Madrid) futbol klubunun fransalı hücumçusu Kərim Benzema “Olimpiakos”un yarımmüdafiəçisi Matye Valbuenanı intim videolarını yaymaqla şantaj etdiyinə görə yenidən məhkəmə qarşısına çıxarıla bilər.

Bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb.

Versal şəhər prokurorluğu 32 yaşlı hücumçunun “şantaj cəhdində iştirak etdiyi üçün” mühakimə olunmasını tələb edib.

Xatırladaq ki, 2015-ci ildə K.Benzema Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə olmaqda ittiham olunurdu.

Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri