İyl
2020
10:19
138
48
4479
Virtual karabakh

Messi “Barselona”nı tərk edəndən sonra İngiltərəyə yollanacaq - İDDİA

4 İyl, 2020
10:19
4479

Messi “Barselona”nı tərk edəndən sonra İngiltərəyə yollanacaq - İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” futbol klubunun hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bu barədə “Fox Sports”un tanınmış argentinalı jurnalisti Kristian Martin məlumat yayıb.

Ötən gün yayılan xəbərlərdə 33 yaşlı ulduz futbolçunun 2021-ci ilin yayında “Barselona”nı tərk edəcəyi qeyd olunur.

Jurnalist Kristian Martin vurğulayıb ki, onun Kataloniyada və İngiltərədə olan etibarlı mənbələri L.Messinin Premyer Liqada oynamağa hazırlaşdığını təsdiqləyib.

“Müqavilənin şərtlərindən bütün maraqlı tərəflər razı qalacaq”, - deyə jurnalist bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri