İyl
2020
05:06
387
23
4004
Virtual karabakh

Van Damdan Nurməhəmmədova: “Həyat yolunuzu heyranlıqla izləmişəm”

Məşhur belçikalı aktyor və idmançı, Hollivud ulduzu Jan-Klod Van Dam Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədova başsağlığı verib.

Oxu.Az xəbər verir ki, Jan-Klod van Damm “Instagram” səhifəsində yazdığı statusda Abdulmanap Nurməhəmmədova olan heyranlığını gizlətməyib:

“Sizinlə görüşmək qismət olmasa da, həyat yolunuzu heyranlıqla izləmişəm. Sizin üçün dua edəcəyəm. Həbib Nurməhəmmədova və onun bütün ailə üzvlərinə səmimi qəlbdən başsağlığı verirəm”.

Qeyd edək ki, məşhur döyüşçü Həbib Nurməhəmmədovun uzun müddətdir COVID-19-dan müalicə alan atası və məşqçisi Abdulmanap Nurməhəmmədov iyulun 3-də Moskva şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri