İyl
2020
15:29
97
18
2743
Virtual karabakh

“Qarabağ”ın Çempionlar Liqası üçün hazırlıq məkanı və tarixi bilindi - RƏSMİ

8 İyl, 2020
15:29
2743

“Qarabağ”ın Çempionlar Liqası üçün hazırlıq məkanı və tarixi bilindi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan çempionu “Qarabağ” təlim-məşq toplanışı üçün Qəbələni seçib.

Bu barədə Oxu.Az-a klubun direktoru Əmrah Çəlikəl deyib.

Onun sözlərinə görə, komanda Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq:

“Artıq bu şənbə (11 iyul) Qəbələyə yola düşəcəyik. Ancaq hələ hansı hoteldə qalacağımız dəqiqləşməyib. Onu deyə bilərəm ki, minimum 15 gün orada hazırlıq keçəcəyik. Lakin toplanışın neçə gün olacağına baş məşqçimiz Qurban Qurbanov qərar verəcək”.

Qeyd edək ki, gümüş mükafatçı “Neftçi” də Qəbələyə yollanacaq. Bürünc mükafatçı “Keşlə” isə Şamaxı variantını seçib. Məşq keçməsinə icazə verilən dördüncü komandamız “Sumqayıt”da isə planlar hələ dəqiqləşməyib.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə 27 avqustda keçirəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri