İyl
2020
14:21
21
61
1950
Virtual karabakh

“Sabah” klubu “Sumqayıt”ın futbolçusunu “oğurladı” - RƏSMİ

9 İyl, 2020
14:21
1950

“Sabah” klubu “Sumqayıt”ın futbolçusunu “oğurladı” - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra həmin komandanın uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə üç illik müqavilə bağlanıb.

Qeyd edək ki, Aleksey İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-16, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib.

Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub. “Sumqayıt” bu futbolçunu heyətində saxlamaq üçün danışıqlar aparırdı.

Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri