10 
İyl
2020
16:02
192
70
2469
Virtual karabakh

Anri dizi üstə çökərək, Corc Floydun xatirəsini yad etdi - FOTO

10 İyl, 2020
16:02
2469

Anri dizi üstə çökərək, Corc Floydun xatirəsini yad etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal” və “Barselona” futbol klublarının fransalı sabiq hücumçusu, hazırda “Monreal İmpakt”ın baş məşqçisi Tyeri Anri ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən qətlə yetirilən Corc Floydun xatirəsini yad edib.

“Championat” xəbər verir ki, fransalı mütəxəssis MLS Liqasında “Nyu İnqlənd”lə oyunun start fitindən sonra dizi üstə çöküb və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə dayanıb.

T.Anri, həmçinin, qarşılaşmaya üzərində “Black lives matter” (“Qaradərililərin həyatı önəm kəsb edir”) yazılan köynəkdə çıxaraq, Corc Floydun ölümündən sonra təsis edilən və qaradərililərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilata dəstəyini nümayiş etdirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri