14 
İyl
2020
13:55
29
571
10400
Virtual karabakh

Millimizin erməniyə ərə getmiş sabiq voleybolçusu baş məşqçi təyin olundu - FOTO

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq üzvü İnessa Korkmaz Türkiyədə baş məşqçi işləyəcək.

Oxu.Az xəbər verir ki, o, Türkiyənin I divizionunda mübarizə aparan “Böyükçəkməcə” komandasına baş məşqçi və həmin klubda aşağı yaş qrupları üzrə koordinator təyin olunub.

Qeyd edək ki, 48 yaşlı İnessa Korkmaz Rusiya millisi ilə üçqat Avropa çempionu, olimpiya və dünya mükafatçısıdır. SSRİ və Rusiya millilərində çıxış etdikdən sonra Azərbaycan vətəndaşı pasportu alıb. O, 2004-2009-cu illərdə Azərbaycan yığmasında çıxış edib.

1998-ci ilədək Yemelyanova familiyası ilə çıxış edən İnessa daha sonra erməniyə ərə gedib. Belə ki, o, 1998-2002-ci illərdə Sarqsyan familiyasını götürüb. Daha sonra ikinci dəfə türklə evlənib və Korkmaz soyadı ilə çıxış etməyə başlayıb.

İnessa Korkmaz 2001-2004-cü illərdə “Azərreyl” klubunda çıxış edib. Rusiya, Türkiyə, İtaliya klublarında oynamış İnessa karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. O, qardaş ölkədə “Yeşilyurt” və “Nilüfer Bələdiyyəspor”u, Rusiyada “Proton” və “Uraloçka” klublarında məşqçi işləyib. Son iki il ərzində “Ataköy” klubunun Akademiyasına başçılıq edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri