15 
İyl
2020
17:51
457
55
6203
Virtual karabakh

Rəşad Sadıqov “Qarabağ”la vidalaşdı - FOTO

15 İyl, 2020
17:51
6203

Rəşad Sadıqov “Qarabağ”la vidalaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin sabiq futbolçusu Rəşad Sadıqov “Qarabağ”la vidalaşıb.

Oxu.Az xəbər verir ki, futbolçu karyerasını başa vuran kapitan bunu sosial şəbəkədə bəyan edib:

“Əziz “Qarabağ” azarkeşləri, “Qarabağ” ailəsi. “Qarabağ”ın formasını 11 il böyük qürur və fəxr hissi ilə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. “Qarabağ”dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzu edirəm”.

Qeyd edək ki, Rəşad Sadıqovun “Zirə” klubuna baş məşqçi təyin olunması gözlənilir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri