28 
İyl
2020
14:45
125
42
6710
Virtual karabakh

Mayk Taysonun döyüş videosunda şübhəli məqam aşkarlandı

28 İyl, 2020
14:45
6710

Mayk Taysonun döyüş videosunda şübhəli məqam aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Corc Forman həmyerlisi, eyni zamanda keçmiş dünya çempionu Mayk Taysonun məşq videosunda şübhəli məqam aşkarlayıb.

“Metro” nəşri bu barədə xəbər yayıb.

Forman bildirib ki, Tayson nədənsə sağ ayağını yükləmir:

“Mayk sağ əli ilə zərbə vurduğu zaman sağ ayağının hərəkət etmədiyi diqqətimi çəkdi. O, olduğu yerdə qalır”.

O, eyni zamanda, Taysonun sol ayağında hər şeyin qaydasında olduğunu vurğulayıb.

Forman qeyd edib ki, Tayson azarkeşlərə yalnız istədiyi məqamları göstərir.

Qeyd edək ki, Tayson aprelin sonunda xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istədiyini deyib. Amerikalı 2005-ci ildən bəri döyüşməyib. O, iştirak etdiyi 58 döyüşün 50-də qalib gəlib.

54 yaşlı Tayson sentyabrın 12-də Kaliforniyada keçmiş dünya çempionu, 51 yaşlı Roy Consla döyüşəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri