30 
İyl
2020
00:25
253
72
5141
Virtual karabakh

Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək - VİDEO

30 İyl, 2020
00:25
5141

Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib.

O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq.

Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur.

Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi.

İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu.

Zaur Xudiyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri